» » "Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi

"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi

"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdirildi"Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Topaz Premyer Liqasının III turunda "Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib. "Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ” – "Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib. 

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra "Zirə” – "Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib. 
133     
Reklam

Reklam