» » "İrəli çıxa bilmirdik" - Elşad Əhmədov

"İrəli çıxa bilmirdik" - Elşad Əhmədov

"İrəli çıxa bilmirdik" - Elşad Əhmədov"Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi". Bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının II turunda "Sumqayıt"a məğlub olduqları matçdan sonra deyib.  

O, məğlubiyyəti komandaya mənfi təsir etdiyini bildirib: "Sumqayıt” güclü komandadır, bu gün bunun şahidi olduq. Müdafiədə çox boşluqlar buraxdıq. Çatışmayan cəhətlər üzərində işləməliyik. Rəqibin təzyiqi güclü idi deyə qısa ötürmələrlə də irəli çıxa bilmirdik. İnanmıram ki, ilk turdakı qələbə futbolçularımın eyforiyaya qapılmasına səbəb olub. Zəif oynadıq və bu məğlubiyyət hamımıza pis təsir etdi".
44     
Reklam

Reklam