» » Roberto Bordin: "Düşündüyüm “Neftçi”ni görməsəm də..."

Roberto Bordin: "Düşündüyüm “Neftçi”ni görməsəm də..."

Roberto Bordin: "Düşündüyüm “Neftçi”ni görməsəm də...""Çox yaxşı oyun alındı. Futbolçularım kifayət qədər yaxşı oynadılar”. Bu sözləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

"Ağ-qaralar” Topaz Premyer Liqasının II turunda öz meyudanında "Qəbələ”ni məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən italiyalı çalışdırıcı fikirlərini bildirib: "Üçüncü qolu bura bilərdik. Ancaq sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var.Buna baxmayaraq, yaxşı oynadıq”.

- Müdafiə xəttində boşluqlar olduğu hiss olunurdu. Bunu aradan qaldırmaq üçün hansı tədbirlər görəcəksiniz?

- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu o demək deyil ki, yeni futbolçu almalıyıq.

- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya təsir etməyəcək?

- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. "Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək . Əgər oyun təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.

- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?

- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.

- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?

- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdü, mən "Şerif”də işləmişəm və uğurlar qazanmışam.Həmişə o komandanın uğur qazanmasını istəyəcəm.

- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?

- Bugünkü oyundan razıyam, komanda sona qədər mübarizə apardı. Komandanı daha təkmilləşdirməyə, daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik.

39     
Reklam

Reklam