» » Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

Fərid Nəbiyev Çexiyada daha bir qol vurdu

Fərid Nəbiyev Çexiyada daha bir qol vurduÇexiyanın futbol üzrə gənclər liqasında 5-ci turun oyunları keçirilib.  Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Hradeç”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da Fərid vurub. Futbolçumuz 3-cü dəqiqədə hesabı açsa da, komandası qalan dəqiqələrdə qapısından 3 top buraxıb.
"Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.
40     
Reklam

Reklam