» » “Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

“Şerif” - “Qarabağ” oyunu avstriyalılara tapşırıldı

"Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Şerif”ə (Moldova) qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. Avqustun 23-də Tiraspolda keçiriləcək oyun avstriyalı hakimlərə həvalə olunub. Matçın baş hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbiç və Yulian Veynberqer kömək edəcəklər.
Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi siə finlandiyalı Teyvo Holopaynendir.
"Şerif” - "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa Liqası, pley-off mərhələsi 
İlk oyun
23 avqust
21:00 Şerif - Qarabağ
Baş hakim: Harald Lexner
Yan xətt hakimləri: Andreas Heydenrex, Maksimilian Kolbiç
Ehtiyat hakim: Yulian Veynberqer (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holopaynen (Finlandiya)
Moldova, Tiraspol. "Şerif stadium".
183     
Reklam

Reklam