» » "Qarabağ" "Səbail"ə, "Keşlə" "Zirə"yə qarşı

"Qarabağ" "Səbail"ə, "Keşlə" "Zirə"yə qarşı

"Qarabağ" "Səbail"ə, "Keşlə" "Zirə"yə qarşıBu gün futbol üzrə Topaz Premyer Liqasında II tura start veriləcək. İlk oyun günündə iki görüş baş tutacaq.

Öncə "Bayıl Arena”da "Səbail”lə "Qarabağ” üz-üzə gələcək. Aftandil Hacıyevin çalışdırdığı paytaxt təmsilçisi ilk turda səfərdə "Qəbələ”yə böyük hesabla uduzduğundan, bu oyunda ilk xal və ya xallarını qazanmağa çalışacaq. Son ölkə çempionu "Qarabağ” isə yeni mövsümdə ilk matçına çıxır. Avrokuboklardakı çıxışına görə ilk turda "Zirə” ilə oyununun təxirə salınmasını istəyən Ağdam təmsilçisi yeni mövsümə uğurlu start verməyi hədəfləyib.
Günün digər matçında paytaxt derbisi baş tutacaq. "Zirə” "Keşlə” ilə üz-üzə gələcək. Zirəlilər üçün də bu, yeni mövsümdə ilk matçdı. "Keşlə” isə ötən tur "Sabah”dan aldığı məğlubiyyəti unutdurmaq istəyindədi.

Topaz Premyer Liqası
II tur
18 avqust
"Səbail" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Bakı. "Bayıl Arena”, 18:30.

"Zirə" - "Keşlə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov.
Bakı. "AZAL Arena”, 20:30.
61     
Reklam

Reklam