» » Çempionlar Liqasının oyunları “facebook”da!

Çempionlar Liqasının oyunları “facebook”da!



"Facebook” sosial şəbəkəsi Latın Amerikasında Çempionlar Liqasının oyunlarının yayım hüququnu alıb. Çempionlar Liqası, UEFA superkuboku və UEFA bayrağı altında keçirilən başqa oyunlardan 32-si il ərzində "facebook” tərəfindən canlı yayımlanacaq. Müqavilə qarşıdakı 3 il üçün nəzərdə tutulub.
UEFA rəsmisi Qay-Laurent Epstein yeniliklə bağlı bunları deyib:
"Facebook”u UEFA-nın media ortaqları arasına dəvət etdiyimiz üçün çox xoşbəxtik. Dünyanın ən böyük sosial şəbəkəsi olan "facebook” dünyanın ən nüfuzlu klub yarışlarının geniş şəkildə və təmənnasız yayımını həyata keçirəcək”.
Oyunlar UEFA Çempionlar Liqasının "facebook” səhifəsindən yayımlanacaq.
49     
Reklam

Reklam