» » "Neftçi" "Qəbələ" ilə oyuna 3 itki ilə hazırlaşır

"Neftçi" "Qəbələ" ilə oyuna 3 itki ilə hazırlaşır

"Neftçi” Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını gündə bir dəfə olmaqla davam etdirir. Komanda dünən növbəti məşqə çıxıb. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq bu gün də bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 19-da Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.
47     
Reklam

Reklam