» » “Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

“Neftçi” ilə “Qəbələ”nin 46-cı dueli

Bu həftə Topaz Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək. Turun mərkəzi qarşılaşması "Dalğa Arena”da baş tutacaq. Ötən çempionatın mükafatçıları, cari mövsümə quru hesablı qələbə ilə başlayan "Qəbələ” və "Neftçi” paytaxt təmsilçisinin meydanında üz-üzə gələcək.

Bu, ilk dəfə 12 il öncə üz-üzə gələn rəqiblərin ümumilikdə 46-cı dueli olacaq. Komandalar indiyədək çempionat və kubokda üst-üstə 45 dəfə qarşılaşıb. 16 dəfə qalib gələn "Qəbələ” 11 heç-heçə edib və 18 dəfə uduzub. Lakin "qırmızı-qaralar” top fərqində üstünlüyə malikdi – 58:57.

Bakılıların qapısına vurulan 58 qolun müəllifləri arasında ən məhsuldar oyunçu Baqali Dabodu. Hansı ki, hazırda elə paytaxt klubunun şərəfini qoruyur. Onun hesabında 6 top varsa, Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə fərqlənib.

Ardıcıl 10 görüşdü heç-heçə etməyən rəqiblərin son iki mövsümdəki matçlarında "Qəbələ” 6, "Neftçi” 4 dəfə qalib gəlib.

Azərbaycan kubokunun 5 oyununda üz-üzə gələn komandalar Premyer Liqada 40 dəfə qarşılaşıb. Hesabında 15 qələbə olan "qırmızı-qaralar” 8 heç-heçə edib və 17 dəfə meydandan xalsız ayrılıb. Çempionatda komandalar eyni sayda – hərəyə 51 qola seviniblər.

"Qəbələ” 23-cü dəfə "Neftçi”nin qonağı olacaq. Bu komanda səfər matçlarında rəqibindən üstündü. Rəqib meydanında 9 dəfə qalib gələn "qırmızı-qaralar” 5 bərabərliklə kifayətlənib və 8 dəfə məğlubiyyətlə üzləşib. Paytaxt təmsilçisinin meydanında 30 qol vuran "Qəbələ” futbolçuları 26 top buraxıblar.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlayacaq.

32     
Reklam

Reklam