» » Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədiAzərbaycan UEFA reytinqində bir pillə irəliləyib.  Buna "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Belarusda BATE ilə heç-heçə (1:1) etməsi səbəb olub.  Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam təmsilçisi ölkəmizin xal ehtiyatını 18,25-ə çatdırıb.  

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ” ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
38     
Reklam

Reklam