» » Qurban Qurbanov: "Futbolçular arasında qarşılıqlı anlaşma yüksək səviyyədə deyil"

Qurban Qurbanov: "Futbolçular arasında qarşılıqlı anlaşma yüksək səviyyədə deyil"

"BATE-ni təbrik edirəm. Hər iki qarşılaşmada displinli oyun nümayiş etdirdilər.  Buna baxmayaraq, biz də yaxşı oyun sərgilədik. Öz komandamdan razıyam". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində BATE ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib.  

Qurban Qurbanov bu matçı unudacaqlarını, qarşıdakı oyunlara hazırlaşacaqlarını bildirib: "Bu oyun geridə qaldı. Qarşıdakı oyunlara hazırlaşacağıq.  Hakim qərarları haqda danışmaq istəmirəm. Dediyim kimi, bu oyun gedirə qaldı. İrəliyə baxmalıyıq". 

Təcrübəli çalışdırıcı hər iki oyunda müdafiəçilərin kobud səhvlər etməsindən danışıb: "Nəsə deməyə ehtiyac yoxdur.  Futbolda qollar səhvlər zamanı vurulur.  Hesab edirik ki, komandamız yenidir və futbolçular arasında qarşılıqlı anlaşma düzgün səviyyədə deyil. Belə səhvlərdən nəticə çıxarmalıyıq". 

70     
Reklam

Reklam