» » Baqa: "Qrup mərhələsinə vəsiqə qazana bilərik"

Baqa: "Qrup mərhələsinə vəsiqə qazana bilərik"

"Çətin oyun keçəcəyini bilirdik. Xoşbəxtlikdən hesabı açan tərəf biz oldu və üstünlüyümüzü qorumağı bacardıq". Bu sözləri Belarusun BATE klubunun baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

O, "Qarabağ"ın sona qədər döyüşdüyünü bildirib: "Qarabağ" güclü komandadır.  Final fitinə kimi əzmkarlıq göstərdilər, mübarizə apardılar. Təcrübəli baş məşqçinin rəhbərliyi altında heç nədən qorxmurlar.  Rəqib qalib gəlmək psixologiyası ilə oyuna çıxmışdı. Bu, hiss olunurdu.  Amma biz də təslim olmadıq və nəyə qadir olduğumuzu göstərdik.  İlk oyunda vurduğumuz qol və bugünkü mübarizə bizi növbəti mərhələyə apardı. Futbolçularımı təbrik edirəm. Onlar əsl qəhrəmandır və hər biri ilə fəxr edirəm".

Baqa Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləmək istədiklərini vurğulayıb: "Növbəti rəqibimizi PSV-dir. Təsadüfə baxın, mən bundan əvvəl PSV-ninin rəhbərliyi ilə danışaraq, onların komandasında və baş məşqçi Filip Kokunun yanında təcrübə keçmişəm. Düzdü, Koku PSV-dən "Fənərbaxça"ya üz tutub və heyətə yeni oyunçular gəliblər. Yeni baş məşqçi artıq başqa fəlsəfəyə keçib.  Rəqibi diqqətlə araşdıracağıq. Bu gün tez yatmaq fikrim yoxdur. Artıq rəqib barədə düşünürük və PSV güclü komandadır.  Amma bizim də qrup mərhələsində mübarizə aparmaq üçün şansımız var və bunu həyata keçirə bilərik".

42     
Reklam

Reklam