» » "Keşlə" Samir Məsimovu transfer etdiyini açıqladı

"Keşlə" Samir Məsimovu transfer etdiyini açıqladı

Keşlə" klubu transfer çalışmalarını davam etdirir.  Paytaxt təmsilçisi bu gün yeni futbolçularla müqavilə imzalayıb.  Belə ki, bir müddətdi baxışda olan gənclərdən ibarət milli komandamızın üzvləri - Ruslan Nəsirli və Samir Məsimovla münasibətlər rəsmiləşdirilib.  Ruslanla 1, Samirlə 2 illik müqavilə imzalanıb.  

Qeyd edək ki, Nəsirlinin son klubu I Divizion təmsilçisi MOİK olub. Məsimov isə Rusiyanın "Fakel" klubundan "Keşlə"yə üz tutub.  

32     
Reklam

Reklam