» » Orxan Sadıqlı: "Buna görə "Sumqayıt"ın təklifini dəyərləndirdim"

Orxan Sadıqlı: "Buna görə "Sumqayıt"ın təklifini dəyərləndirdim"

Orxan Sadıqlı: "Buna görə "Sumqayıt"ın təklifini dəyərləndirdim""Keşlə"nin qapıçısı Orxan Sadıqlının "Sumqayıt"a keçidi reallaşmaq üzrədir. Bu gün klublar arasında sonuncu görüş baş tutacaq. "Kimyaçılar" "Keşlə" ilə qolkiperin müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasında razılıq əldə etməlidir.  

25 yaşlı futbolçu əməkdaşımızla söhbətində klubunu dəyişməsinə aydınlıq gətirib: "Sumqayıt"la danışıqları yekunlaşdırmışam. Bu gün klublar arasında sonuncu görüş baş tutacaq. Mənim şəxsi hədəflərim var. Daim oynamaq üçün "Sumqayıt"ın təklifini dəyərləndirməyə razılıq verdim". 
Qeyd edək ki, Sadıqlı karyerasına "Xəzər Lənkəran" klubunda başlayıb. O, cənub təmsilçisinin əsas komandası fəaliyyətini dayandırdıqdan sonra "Keşlə"yə üz tutub.  
111     
Reklam

Reklam