» » PROBLEM! MOİK stadionsuz qalıb

PROBLEM! MOİK stadionsuz qalıb

Azərbaycan I Divizionu başlamamış, problemlər yaşanmağa başlayır. Limit məsələsinə görə futbolçu tapmaqda çətinlik çəkən komandalar, maliyyə məsələlərində də axsayır. MOİK klubu isə yeni mövsümdə stadionsuz qalıb. Bu günə qədər "Bakı"nın təlim-məşq bazasında məskunlaşan ordu klubu, indi stadionsuzdur. Masazır qəsəbəsindəki stadionda bir həftəlik təlim-məşq toplanışında olan komanda bu gündən etibarən müvəqqəti olaraq Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda məşq keçəcək. Bu stadionda digər divizion təmsilçisi "Qaradağ Lökbatan"ın oyunlarını keçirəcəyini nəzərə alsaq, MOİK özünə stadion tapmalıdır.
Mənbə Premyer.az  
146     
Reklam

Reklam