» » Araz Abdullayev Ramil Şeydayevlə eyni komandada

Araz Abdullayev Ramil Şeydayevlə eyni komandada

Araz Abdullayev Ramil Şeydayevlə eyni komandadaAzərbaycan millisinin üzvü Araz Abdullayevin yeni klubunun adına aydınlıq gəlib. Yarımmüdafiəçi karyerasını Avstriyada davam etdirəcək. 26 yaşlı futbolçu Bundesliqa təmsilçisi "Mattersburq"la münasibətlərini rəsmiləşdirib. "Mattersburq" uzun müddətdi danışıq apardığı futbolçu ilə 2 illik müqavilə imzalayacaq.

Arazın keçidi 3 klubun - "Qəbələ", "Panionios" və "Mattersburq"un ortaq məxrəcə gəlməsindən sonra reallaşıb. Belə ki, Araz "Qəbələ"dən ayrıldıqdan sonra "Panionios"a transfer olunmuş, lakin cəmi 1 məşqdən sonra klubdan ayrılmışdı. "Panionios" Araza görə "Qəbələ"yə 75 min avro ödəmişdi.
Qeyd edək ki, Avstriya təmsilçisi millimizin üzvü Ramil Şeydayevi də rənglərinə bağlayıb.
Əlavə edək ki, Abdullayev ötən mövsümü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirib.
121     
Reklam

Reklam