» » Kamran Quliyev və Tural Rzayev Litva çempionatında növbəti oyunlarını keçirdilər

Kamran Quliyev və Tural Rzayev Litva çempionatında növbəti oyunlarını keçirdilər

Kamran Quliyev və Tural Rzayev Litva çempionatında növbəti oyunlarını keçirdilərAzərbaycanın gənclərdən ibarət milli komandasının üzvü Kamran Quliyev Litvanın "Yonava” klubunda növbəti oyununa çıxıb. Litva A Liqasının 28-ci turu çərçivəsində "Yonava" "Trakai"ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Kamran Quliyev qarşılaşmaya 76-cı dəqiqədə, hesab 1:3 olarkən daxil olub. Digər azərbaycanlı futbolçu Tural Rzayev isə 90 dəqiqə meydanda olub və 9-cu dəqiqədə sarı vərəqə alıb.
"Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Kamran Quliyev bundan öncəki turda "Stumbras"la matçda 73-cü dəqiqədə meydana Tural Rzayevin əvəzinə daxil olmuşdu. Həmin oyunda da futbolçularımızın komandası 1:3 hesabıyla uduzmuşdu.
Qeyd edək ki, "Yonava" 14 xalla turnir cədvəlində sonuncu - 8-cidir.
280     
Reklam

Digər xəbərlər

31-07-2018, 17:30

Tural Rzayev legioner oldu

4-11-2017, 23:58

Kamran Ağayev qovuldu

Reklam