BATE - “Qarabağ”: Son məşq və mətbuat konfransının vaxtı açıqlandı » Premyer.Az
» » BATE - “Qarabağ”: Son məşq və mətbuat konfransının vaxtı açıqlandı

BATE - “Qarabağ”: Son məşq və mətbuat konfransının vaxtı açıqlandı

"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Belarus BATE-si ilə səfər oyunu öncəsi planları müəyyənləşib. Ağdam təmsilçisi sabah yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla saat 19:00) BATE-ylə qarşılaşmanın keçiriləcəyi "Borisov Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Baş məşqçi Qurban Qurbanov isə yerli vaxtla saat 17:45-də (Bakı vaxtıyla 18:45) media mənsublarının suallarını cavablandıracaq.

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.

Bakıdakı ilk oyunda "Qarabağ” 0:1 hesabı ilə uduzub.

29     
Reklam

Reklam