“Çelsi”dən darmadağın, “Tottenhem”dən çətin qələbə » Premyer.Az
» » “Çelsi”dən darmadağın, “Tottenhem”dən çətin qələbə

“Çelsi”dən darmadağın, “Tottenhem”dən çətin qələbə

“Çelsi”dən darmadağın, “Tottenhem”dən çətin qələbə İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib. Turun ilk görüşündə "Mançester Yunayted” "Lester”lə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda "qırmızı şeytanlar" çətinliklə də olsa, qalib gələ biliblər. Şənbə günü daha altı qarşılaşma baş tutub. "Tottenhem” səfərdə "Nyukasl”a çətinliklə qalib gəlib. "Çelsi” isə "Haddersfild”lə səfər oyununda darmadağına sevinib.

"Bornmut” evdə "Kardiff Siti”ni, "Uotford” da "Brayton”u 2 cavabsız qolla yenib. "Fulhem” doğma meydanda "Kristal Pelas”a oxşar hesabla məğlub olub. "Vulverhempton” – "Everton” matçında isə qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə isə son çempion "Mançester Siti” "Arsenal”ın qonağı olacaq.

İngiltərə Premyer Liqası, 1-ci tur

10 avqust

Mançester Yunayted - Lester 2:1

Qol: Poqba, 3. Şou, 83 - Vardi, 90.

11 avqust

Nyukasl - Tottenhem 1:2

Qol: Xoselu, 11 – Vertongen, 8. D.Alli, 18.

Bornmut - Kardiff Siti 2:0

Qol: Freyzer, 24. Vilson, 90.

Fulhem - Kristal Pelas 0:2

Qol: Şlupp, 41. Zaha, 79.

Haddersfild - Çelsi 0:3

Qol: Kante, 34. Jorjinyo, 45-pen. Pedro, 80.

Uotford - Brayton 2:0

Qol: R.Pereyra, 35; 54.

Vulverhempton - Everton 2:2

Qol: Neves, 44. R.Ximenes, 80 – Riçarlison, 17; 67.

12 avqust

16:30 Liverpul - Vest Hem 
16:30 Sautqempton - Bernli
19:00 Arsenal - Mançester Siti

43     
Reklam

Reklam