"Neftçi" mövsümə qələbə ilə başladı » Premyer.Az
» » "Neftçi" mövsümə qələbə ilə başladı

"Neftçi" mövsümə qələbə ilə başladı

"Neftçi" mövsümə qələbə ilə başladıBu gün Topaz Premyer Liqada 2018/19 mövsümünə start verilib

27-ci ölkə birinciliyinə "Sumqayıt" - "Neftçi" oyunu ilə başlayıb. Əslində, mövsümün startı dünən "Qarabağ" - "Zirə" oyunu ilə verilməli idi. Amma "Qarabağ"ın Çempionlar Liqasının BATE ilə oyununa görə bu görüş təxirə salınıb.

"Kapital Bank Arena" təmirə bağlandığından "Sumqayıt" rəqibini "Dalğa Arena"da qəbul edib. Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb. Matçda qollara Mirabdulla Abbasov və Emin Mahmudov imza atıblar.  

"Sumqayıt" və "Neftçi" indiyədək 24 dəfə qarşılaşıb. Bu oyunların 12-də "ağ-qaralar", 9-da "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 3 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Neftçi"nin üstünlüyü var - 39:30.

Qeyd edək ki, turun iki oyunu sabah baş tutacaq. "Keşlə" debütant "Sabah"ı, "Qəbələ" "Səbail"i qəbul edəcək.

Topaz Premyer Liqası

2018/19 mövsümü

I dövrə, I tur

11 avqust

20.00 "Sumqayıt" - "Neftçi" - 0:2

Qol: Mirabdulla Abbasov, 26, Emin Mahmudov, 72

Qırmızı vərəqə: Vurğun Hüseynov, 66

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

Affa nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. "Dalğa Arena”.

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Nazim Süleymanov

"Neftçi": Səlahət Ağayev, 4. Rəşad Eyubov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Frederiko, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 6. Qoran Paratski, 7. Namik Ələskərov, 11. Kvame Karikari, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 37. Vüsal Əskərov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov

Baş məşqçi: Roberto Bordin

78     
Reklam

Reklam