Bu gün Topaz Premyer Liqası başlayır » Premyer.Az
» » Bu gün Topaz Premyer Liqası başlayır

Bu gün Topaz Premyer Liqası başlayır

Bu gün Topaz Premyer Liqada 2018/19 mövsümünə start veriləcək. 27-ci ölkə birinciliyinə "Sumqayıt" - "Neftçi" oyunu ilə start veriləcək. Əlində mövsümün startı dünən "Qarabağ" - "Zirə" oyunu ilə verilməli idi. Amma "Qarabağ"ın Çempionlar Liqasının BATE ilə oyununa görə bu görüş təxirə salınıb.

"Kapital Bank Arena" təmirə bağlandığından "Sumqayıt" rəqibini "Dalğa Arena"da qəbul edəcək. Matç saat 20.00-da başlayacaq.

"Sumqayıt" və "Neftçi" indiyədək 24 dəfə qarşılaşıb. Bu oyunların 12-də "ağ-qaralar", 9-da "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 3 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də "Neftçi"nin üstünlüyü var - 39:30.

Qeyd edək ki, turun iki oyunu sabah baş tutacaq. "Keşlə" debütant "Sabah"ı, "Qəbələ" "Səbail"i qəbul edəcək.

Topaz Premyer Liqası

2018/19 mövsümü

I dövrə, I tur

11 avqust

20.00 "Sumqayıt" - "Neftçi"

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

Affa nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. "Dalğa Arena”.

24     
Reklam

Reklam