"Zirə"də şok itki: Dedov sıradan çıxdı » Premyer.Az
» » "Zirə"də şok itki: Dedov sıradan çıxdı

"Zirə"də şok itki: Dedov sıradan çıxdı

"Zirə" klubu ciddi itki ilə üzləşib.  Paytaxt təmsilçisinin aparıcı futbolçusu Aleksandr Dedov sıradan çıxıb.

Moldova milli komandasının üzvü ötən gün "Qarabağ"ın əvəzedici heyəti ilə yoxlama görüşü zamanı zədə alıb. Millimizin üzvü Rahil Məmmədovla ikili mübarizə zamanı zədələnən futbolçunun təxminən 2-3 həftə meydanlardan kənarda qalacağı açıqlanıb. 

Həkimlərin ilkin rəyinə görə, təcrübəli futbolçu 10 gün məşq edə bilməyəcək.  O, bu gün yekun tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, "Zirə" bu gün startı götürəcək Topaz Premyer Liqasının ilk turunda "Qarabağ"la qarşılaşmalı idi. Lakin qarşılaşma "Qarabağ"ın Çempionlar Liqasındakı vacib oyununa görə təxirə salınıb.  "Qartallar" ikinci turda "Keşlə" ilə qarşılaşacaq.   

31     
Reklam

Reklam