Mitroviç "Keşlə"də » Premyer.Az
» » Mitroviç "Keşlə"də

Mitroviç "Keşlə"də

"Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt klubu serbiyalı yarımmüdafiəçi Nikola Mitroviçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 1 illik müqaviləyə imza atıblar.

31 yaşlı futbolçu geridə qalan mövsümü Polşanın "Visla” klubunda keçirib. O, mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyuna çıxıb. Serbiyanın "Napredak” klubunun yetirməsi olan təcrübəli futbolçu daha öncə "Partizan”, "Volqa” (Rusiya), "Uypeşt”, "Videoton” (hər ikisi Macarıstan), "Makkabi” (Təl-Əviv, İsrail), "Şanxay Şensin” (Çin), "Bney Yehuda” (İsrail), "Anortosis” (Kipr) klublarında da forma geyinib. Mitroviç Serbiya yığmasında cəmi 1 oyun keçirib.

38     
Reklam

Reklam