UEFA reytinqi: Azərbaycan gerilədi » Premyer.Az
» » UEFA reytinqi: Azərbaycan gerilədi

UEFA reytinqi: Azərbaycan gerilədi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarının ikinci günündən sonra UEFA reytinqi açıqlanıb. Keçirilən 3 matçdan sonra mövqelər üzrə cüzi dəyişikliklər olub.  Azərbaycan reytinqdə 1 pillə geriləyib. 18.125 xalı olan ölkəmiz 24-cü pilləyə düşüb. "Seltik"in AEK-lə heç-heçə etməsindən sonra Şotlandiya xalını 18.125-ə yüksəldib. Ancaq əlavə göstəricilərdə Şotlandiya ölkəmizi geridə qoyub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin 18.000  xalı var.
29     
Reklam

Reklam