"Keşlə" Serbiya millisinin sabiq üzvünü transfer etdi » Premyer.Az
» » "Keşlə" Serbiya millisinin sabiq üzvünü transfer etdi

"Keşlə" Serbiya millisinin sabiq üzvünü transfer etdi

"Keşlə" Serbiya millisinin sabiq üzvünü transfer etdi"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.  Paytaxt təmsilçisi serbiyalı Nikola Mitroviçi transfer edib. Yarımmüdafiəçi bir müddətdi komandanın düşərgəsində baxışda idi və artıq onunla bağlı qərar verilib.  Baş məşqçi Mladen Milinkoviç həmyerlisi ilə müqavilə imzalanmasını istəyib.  

31 yaşlı futbolçu ötən mövsümü Polşanın "Visla" klubunun heyətində keçirib.  Serbiya millisinin sabiq üzvü mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyun keçirib.  
Qeyd edək ki, Mitroviç karyerası ərzində "Napredak", "Partizan", "Volqa", "Uypeşt", "Videoton", "Makkabi", "Şanxay Şensin", "Bney Yehuda" və "Anortosis" kimi klublarda forma geyinib.  
22     
Reklam

Reklam