ŞOK: Avropa Liqasının bombardiri oğurlandı » Premyer.Az
» » ŞOK: Avropa Liqasının bombardiri oğurlandı

ŞOK: Avropa Liqasının bombardiri oğurlandı

ŞOK: Avropa Liqasının bombardiri oğurlandıLatviyanın "Ventspils" klubunun futbolçusu Adeleki Akinemi oğurlanıb. Bu barədə klubun rəsmi saytında bəyanat yerləşdirilib.

Bildirilir ki, negiriyalı hücumçu klubun bazasına dönməyib və onun harada olduğu bilinmir: "Futbolçu qanunsuz olaraq klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin "Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Oğurlayan şəxslər onun satışından pul qazanmaq niyyətindədirlər".
"Ventspils" hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/2019 mövsümündə bombardirlər siyahısına başçılıq edir. Onun aktivində 4 qol var.  
60     
Reklam

Reklam