Başlamamış, siftə: "Qarabağ"-"Zirə" oyunu təxirə salındı » Premyer.Az
» » Başlamamış, siftə: "Qarabağ"-"Zirə" oyunu təxirə salındı

Başlamamış, siftə: "Qarabağ"-"Zirə" oyunu təxirə salındı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. "Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. "Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası 1-ci tur çərçivəsində avqustun 10-da keçirilməsi planlaşdırılan oyunu sentyabrın 26-na dəyişib.

Qeyd edək ki, "Qarabağ" BATE-yə ilk görüşdə 0:1 hesabı ilə uduzub. Cütün cavab oyunu avqustun 14-də "Borisov Arena"da reallaşacaq.

59     
Reklam

Reklam