"Qalatasaray"ın futbolçusu Qomis: Aslanlar ölməz, sadəcə... (VİDEO) » Premyer.Az
» » "Qalatasaray"ın futbolçusu Qomis: Aslanlar ölməz, sadəcə... (VİDEO)

"Qalatasaray"ın futbolçusu Qomis: Aslanlar ölməz, sadəcə... (VİDEO)

"Qalatasaray"ın futbolçusu Bafetimbi Qomis maraqlı video ilə yenidən diqqət mərkəzinə düşüb. Məşq etdiyi görüntünü paylaşan futbolçu, "Aslanlar ölməz, sadəcə bəzən dayanıb, dincələrlər" yazıb. Qeyd edək ki, Bafetimbi Qomis 2 aydan artıqdır ki, "Qalatasaray" rəhbərliyinin başını ağrıdır. Maaşının artırılmasını tələb edən futbolçu, "29 qol vurmuşam, maaşım artırılsın" tələbini irəli sürüb. Oyunçunun bu istəyinə isə "cimbom" rəhbərliyinin cavabı sərt olub: "Bu, sənin işindir. Biz səni qapıçı kimi almamışıq. Əgər mövsüm ərzində pis oynasaydın, maaşının azaldılmasına razı olardın?. Qomisin cavabı isə aləmi qatıb: "Futbolda hər zaman almaq var!". Bu gərginliyə görə İstanbul təmsilçisi futbolçunun menecerini təcili görüşə çağırıb.  Həmin görüntünü təqdim edirik.
112     
Reklam

Reklam