“Görüş yerini dəyişmək olmaz”: “Bəhramov” bizi gözləyir! » Premyer.Az
» » “Görüş yerini dəyişmək olmaz”: “Bəhramov” bizi gözləyir!

“Görüş yerini dəyişmək olmaz”: “Bəhramov” bizi gözləyir!

“Görüş yerini dəyişmək olmaz”: “Bəhramov” bizi gözləyir!"Görüş yerini dəyişmək olmaz” – əksər gənc nəsil bu sözləri eşitsə belə, çətin ki, hardan qaynaqlandığını bilir. Ancaq SSRİ dönəmində Qleb Jeqlov və Volodya Şarapovun baş qəhrəmanı olduqları film olduqca populyar idi və hər təbəqə tərəfindən sevilirdi. Uşağı da, yaşlını da, oğlanı da, qızı da, atanı da oğulu da birləşdirirdi "Görüş yerini dəyişmək olmaz”...
 
***
 
Müstəqillik qazandıqdan sonra ölkəmizdə yetərincə təbəqələşmə formalaşıb. Bunun hansı səbəblərdən baş verməsi barədə danışmaq fikrimiz yoxdu. Heç iqtisadi təhlillər apararaq başınızı yormaq niyyəti də güdmürük. Sadəcə, elə məqamlar olur ki, varlını da, kasıbı da, uşağı da, yaşlını da, oğlanı da, qızı da, atanı da oğulu da birləşdirir...
 
***
 
Kim üçünsə axşam saatlarını dəniz kənarında gəzməkdən gözəl hiss ola bilməz. Kimlərsə ailəni başına yığıb hansısa filmi seyr etməkdən zövq alır. Bəziləri, restorana baş vuraraq günün stresini şənlənməklə atmağı üstün tuturlar. Ancaq elə məqamlar olur ki, varlını da, kasıbı da, uşağı da, yaşlını da, oğlanı da, qızı da, atanı da, oğulu da birləşdirir...
 
***
 
Futbol – oyun deyil, hətta alimlər tərəfindən belə, nəyə görə bu qədər sevildiyi anlaşılmayan bir həyat tərzidi. Futbol – 90 dəqiqə ərzində dünyanın bütün problemlərini unudaraq qəlbini bağladığın komandanın uğurunu, sevincini yaşamaqdı. Futbol – qədrini bilən üçün dünyanın ən gözəl möcüzəsidi. Futbol varlını da, kasıbı da, uşağı da, yaşlını da, oğlanı da, qızı da, atanı da oğulu da birləşdirir...
 
***
 
Bu axşam "Tofiq Bəhramov” futbol ictimaiyyətimizin birləşdiyi məkan olmalıdı. Bu axşam hamımız "Qarabağ”ın yanında olmalıyıq. Bu axşam varlısı da, kasıbı da, uşağı da, yaşlısı da, oğlanı da, qızı da, ata da oğul da – hamımız "Tofiq Bəhramov”da olmalıyıq. Necə ki, bir həftə öncə Albaniya "Kukesi”sinə əsl "12-ci oyunçu”nun necə olduğunu göstərmişdik. Bu dəfə növbə BATE-nindi. Yenə "Bəhramov”? Əlbəttə! Axı, "görüş yerini dəyişmək olmaz”.
 
CEYHUN ƏLİYEV/ SPORT24.AZ
89     
Reklam

Reklam