» » "Neftçi" "Sumqayıt"la oyunun hazırlığını bərpa etdi

"Neftçi" "Sumqayıt"la oyunun hazırlığını bərpa etdi

"Neftçi" "Sumqayıt"la oyunun hazırlığını bərpa etdi"Neftçi” Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığını davam etdirir.  Əvəzedicilərlə sınaq matçından (4:1) sonra bir günlük fasiləyə buraxılan əsas komanda dünən hazırlığı bərpa edib. Klubun bazasında baş tutan axşam məşqində zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Namiq Ələsgərov isə fərdi məşğul olub.

Hazırlıq bu gün bir məşqlə davam edəcək.
Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da keçirəcək "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da başlanacaq.
59     
Reklam

Reklam