» » "Qarabağ" - BATE oyununun biletləri satışa çıxarıldı

"Qarabağ" - BATE oyununun biletləri satışa çıxarıldı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ”- BATE matçının biletləri artıq satışa çıxarılıb. Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq "iTicket.az” saytından əldə etmək olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Şatış məntəqələri: 
1. Qarabağ FK Fan-şop
2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
3. İticket.az (onlayn)
"Qarabağ” - BATE matçı avqustun 7-də, saat 21:00-da start götürəcək.
416     
Reklam

Reklam