» » Millimizin Kosovo ilə oyunları neytral meydanda

Millimizin Kosovo ilə oyunları neytral meydanda

UEFA Millətlər Liqasında Azərbaycan millisi D Liqasının III qrupunda Farer adaları, Malta və Kosovo ilə eyni qrupda mübarizə aparacaq. Azərbaycan və Kosovo arasında keçirilən oyunlar neytral stadionda baş tutacaq. Belə ki, avrokubok görüşləri zamanı kosovolu oyunçular Azərbaycana gələ bilmirlər. Buna səbə isə Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasıdır. Belə olan halda Azərbaycan - Kosovo oyunları üçün yalnır bir çarə var: neytral meydan. UEFA bunun üçün qısa zamanda qəti qərarını açıqlayacaq.

Kosovo DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə ilə qarşılaşmanı Polşada keçirmişdi. Ukrayna Kosovonun müstəqlliyini tanımadığı üçün UEFA belə bir qərar vermişdi.

Qeyd edək ki, millimiz Kosovonu sentyabrın 7-də qəbul edəcək. Cavab oyunu isə noyabrın 20-də keçiriləcək.

111     
Reklam

Reklam