İkinci planda qalmağa məhkumsan, Əhmədov » Premyer.Az
» » İkinci planda qalmağa məhkumsan, Əhmədov

İkinci planda qalmağa məhkumsan, Əhmədov

İkinci planda qalmağa məhkumsan, Əhmədov "Neftçi”nin Avroliqadakı məğlubiyyətindən sonra verilən müsahibələr "iy verməyə” başlayıb. Artıq cığırından çıxıb,ürək bulandırır. Sanki uduzmağını gözləyirmişlər kimi, hücuma keçib, "başbilənlərin” hərəsi bir sayta müsahibə verir. Həmkarlarımı qınamıram, onlar danışır, bizimkilər də danışdırır. Oxucuya xəbər çatdırmaq lazımdır. Bəs, o xəbərin "qəhrəmanları” olanlar, kənardan özlərinə baxmır? Özlərini nə qədər dəyərsiz etdiklərini görmürlər? Daldan atılan daş topuğa dəyər misalı, çənələrini yormaqla məşğuldurlar. İstər Tərlan Əhmədov, istər Kamal Quliyev, istərsə də Novruz Əzimov. Bu siyahı yəqin ki, uzanacaq. Hərə əlinə bir saz alıb, dınqıldadacaq. Tərlan Əhmədov "Neftçi” rəhbərliyinin, konkret Ceyhun Sultanovun ünvanına xeyli ittihamlar irəli sürüb. Adama deyərlər ki, ay qardaş, bəyənmədiyin Sultanov sənə Mustivar kimi oyunçu gətirib, çulunu sudan çıxardı. Digər tərəfdən, Kamran Quliyev və Ceyhun Sultanov Neftçiyə gələnə qədər sənin "Neftçi”n turnir cədvəlində hansı pillədə idi? Bu adamların əziyyətini necə dana bilərsən? Hamımız bir yerdə işləyib, sonra başqa bir yerə gedirik. Bu futbol aləmində isə davamlıdır. Sənin də müqavilən bitdi, rəhbərlik səninlə işləmək istəmədi, müqavilən uzadılmadı. Buna niyə normal yanaşıb, gələcəyə baxmırsan? İndinin özündə belə hamı səni kiminsə adamı kimi bilir. Qazandığın az-çox uğuru özün əldə etsən də, yenə də elə o məlum şəxsin işinin nəticəsi deyəcəklər. Yəni, kölgədə, ikinci planda qalmağa məhkumsan, Əhmədov. "Uypeşt”lə cavab oyunundan sonra atmısan özünü meydana ki, mən ilk oyundan bilirdim ki, turu keçməyəcəklər. Adama deyərlər ki, elə çox bilən idin, niyə həmin vaxt danışmamışdın? Niyə "Neftçi”nin turu keçməyəcəyini deməmişdin. Lap irəli gedib, adama deyərlər ki, sənin də tur keçməyini gördük. Ölkə kubokunda səfərdə Qəbələni məğlub edib, ev oyununda fiaskoya uğramağını da unutmamışıq. Sənin də "səviyyə”ni görmüşük, Əhmədov….
…”Meydan qəhrəmanlarından” biri də Kamal Quliyevdir. O Kamal ki, hələ də B kateqoriyalı məşqçidir. O Kamal ki, A kateqoriya imtahanından istər yazılı, istərsə də şifahi kəsilib. Yaxşı futbolçu ola bilərsən, amma bu, yaxşı məqşçisən demək deyil. Sənin savadın Premyer Liqa komandalarının oyununu müzakirə etmək üçün deyil. "Kamal”ın buna, böyük analizlər etməyə çatmaz...Hamı hər kəsi yaxşı tanıyır, işinə də bələddir. Ona görə də, bir az fasilə verin... İş tapmasanız, yenə özünüzü gündəmə gətirərsiniz...
482     
Reklam

Reklam