» » "Neftçi" məşqləri bərpa etdi

"Neftçi" məşqləri bərpa etdi

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə cavab oyunundan sonra üç günlük fasiləyə buraxılan "Neftçi”nin üzvləri bu gün hazırlığı bərpa ediblər.

Premyer.az xəbər verir ki, komanda öz bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər.

Hazırlıq bu gün iki məşqlə davam edəcək.

447     
Reklam

Reklam