» » Araz Abdullayevin transfer məsələsinə 3-cü klub da qoşuldu: Onun “Qarabağ”da nə işi var?

Araz Abdullayevin transfer məsələsinə 3-cü klub da qoşuldu: Onun “Qarabağ”da nə işi var?

Araz Abdullayevin transfer məsələsinə 3-cü klub da qoşuldu: Onun “Qarabağ”da nə işi var?Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin klub məsələsi düyünə düşüb. Etiraf etmək lazımdır ki, Arazın karyerasında belə hallar çox olub. Odur ki, bu məqam Araz üçün bəlkə də adi haldır. Lakin milli komandanın durumunu və Araza olan ehtiyacı nəzərə alsaq, bu arzuolunmayan durumdur.

Elə Qurban Qurbanov da onu nəzərə alaraq, Arazı "Qarabağ”a cəlb edib. Arazın "Qarabağ”da olması sırf məşqsiz qalmaması üçündur.
Arazın hazırda transferi gündəmdə olan yeganə klub var ki, bunun da Azərbaycanla əlaqəsi yoxdur. Söhbət Avstriyanın "Mattersburq” klubundan gedir. 
Transfer baxımından isə Araz çox qarışıq bir vəziyyətə düşüb. Məsələ burasındadır ki, bir neçə gün öncə danışıqlar sadəcə iki klub – "Qəbələ” və "Panionios” arasında gedirdisə, indi daha bir şaxə var. Bildiyiniz kimi, Araz Yunanıstan klubunu bəyənmədiyi üçün ailə durumunu əsas gətirərək, müqavilənin pozulmasını istəyib Azərbaycana qayıtmışdı. Amma qısamüddtəli müqavilə Arazın karyerasında böyük ölçüdə rol oynamağa səbəb olub.
İndi Arazın taleyi "Qəbələ”, "Panionios” və  Mattersburq”dan asılıdır. Hazırda Araz Abdullayevin keçidi məhz bu üç klub tərəfindən müzakirə olunur. 
731     
Reklam

Reklam