Birinci divizionda yaş limiti bəlli oldu – AFFA-dan yeni qərar » Premyer.Az
» » Birinci divizionda yaş limiti bəlli oldu – AFFA-dan yeni qərar

Birinci divizionda yaş limiti bəlli oldu – AFFA-dan yeni qərar

Birinci divizionda yaş limiti bəlli oldu – AFFA-dan yeni qərar2018/19 mövsümü üçün Premyer Liqa ilə bağlı bütün suallara aydınlıq gəlsə də, birinci divizion və əvəzedicilərin çempionatı üçün eyni sözləri demək mümkün deyil.

Ümumiyyətlə, yayılan xəbərlərə görə, əvəzedicilərin çempionatı ləğv olunacaq və bu çempionat birinci diviziona birləşəcək. Bütün bunlarla bağlı AFFA-nın İcraiyyə Komitəsinin yaxın müddətdə baş tutacaq iclasında müzakirələr aparılacaq və qərarlar veriləcək.
İndi futbol ictimaiyyətini, klubsuz qalan futbolçuları maraqlandıran ən vacib məsələ çempionatın taleyi yox, yaş limiti məsələsidir.  Bizdə olan məlumata görə, AFFA diviziondakı limitlə bağlı yeni qərara hazırlaşır.  Limitin 4+6+1 olacağı gözlənilir. (4 nəfər 1998-ci ilə qədər, 6 nəfər 1998, 1999, 2000, 1 nəfər 2001). Ən azından bir legioner futbolçu klublarımızın heyətində yer ala bilər. 
Bir müddən öncə limitin 8+3 (8 cavan, 3 yaşlı) olacağı ilə bağlı xəbərlər yayılsa da, bu məsələ özünü doğrultmayıb. 
279     
Reklam

Reklam