Xorvatiyada sevilməyən Luka Modriç » Premyer.Az
» » Xorvatiyada sevilməyən Luka Modriç

Xorvatiyada sevilməyən Luka Modriç

Xorvatiyada sevilməyən Luka ModriçLuka Modriç ölkəsində çox da sevilməyən biridir. Hal-hazırda da azarkeşlər iki hissəyə bölünüb. Hətta Xorvatiya Dünya Çempionu olsa da, Luka Modriçi qəhrəman kimi qarşılamayacaqlar. Buna səbəb Xorvatiya futbolunun ən böyük saxtakarlıq-gizli pul köçürmə, vergidən yayınma olayında əsas qəhrəmanlardan birinin məhz Luka Modriç olmasıdır. Belə ki, Dinamo Zaqrebin keçmiş rəhbəri Zdravko Mamiç Luka Modriç və Deyan Lovren ilə şəxsi müqavilə imzalayıb, onların transfer pullarından özünə pay verilməsi maddəsini əlavə edib (Azərbaycan da da futbolçularla şəxsi müqavilə imzalayan məşqçilər var - İ.B). Luka Modriç də "Tottenhem"ə transfer olunan vaxt gizli yollarla, vergidən yayınmaqla Mamiçin ailəsinin hesabına 8,5 milyon avro köçürüb. Mamiç haqqında həbs qərarı verilsə də, o ölkədən qaçıb. Məhkəmədə ifadə verən Luka Modriç verilən bütün suallara "Xatırlamıram" (Ne Sjecam Se) cavabını verib. Bundan sonra azarkeşlər onun 10 nömrəli futbolkasına "Xatırlamıram" (Ne Sjecam Se) yazdırıb. Hətta AVRO-2016-da Çexiya ilə Xorvatiyanın oyununda xorvatlar 2-1 hesabı ilə öndə olsa da, azarkeşlər meydana yad əşyalar, fişənglər atmaqla bu saxtakarlığa etiraz etmişdi.
555     
Reklam

Reklam