» » “Keşlə” darmadağın oldu

“Keşlə” darmadağın oldu

“Keşlə” darmadağın olduAvropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Keşlə” də bu gün ilk matçına çıxıb.
Yuri Maksimovun çalışdırdığı kollektiv səfərdə Maltanın "Baltsan” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz ilk oyunda sərfəli nəticə qazanmaqla, Bakıdakı cavab matçında növbəti mərhələyə vəsiqəni təmin etməyi hədəfləmişdi. Lakin səfər görüşü komandamız üçün çox uğursuz alınıb. Beş qolun qeydə alındığı matçda "Keşlə" darmadağınla uduzub. Cavab görüşündə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq çox çətin görünür.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun

12 iyul
Baltsan - Keşlə 4:1

Qol: A.Effionq, 12. Lekao, 21. B.Kalyeviç, 33. Kadu, 55 - S.M.Kolli, 29-pen.

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Denis Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan).
Ta`Qali. "Çentenari” stadionu.
Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 9. Lekao, 11. Stiv Betsina (k), 15. Maykl Conson, 17. Alfred Effionq, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç.

Ehtiyat oyunçular: 1. Sin Montoff, 4. Castin Qrioli, 10. Sirac Arab, 18. Uros Lyubomiraç, 42. Korrea Duarte, 50. Andrey Maydevaç, 88. Sin Kipriot.

Baş məşqçi: Marko Miçoviç.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 19. Azər Salahlı, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 21. Herve Tçami, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.

Baş məşqçi: Yuri Maksimov.
421     
Reklam

Reklam