» » “Zirə” İraq yığması ilə qarşılaşdı, Adil Şükürov təəssüfləndi

“Zirə” İraq yığması ilə qarşılaşdı, Adil Şükürov təəssüfləndi

“Zirə” İraq yığması ilə qarşılaşdı, Adil Şükürov təəssüfləndiDünən "Zirə”nin 19 yaşlı komandası Milli Aviasiya Akademiyasının stadionunda İraq futbol akademiyalarının yığma komandası ilə yoxlama oyunu keçirib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Akademiya rəhbrəi Adil Şükürov açıqlamasında belə nəticənin əldə olunmasına təəssüfünü gizlətməyib: "AFFA Gənclər Liqasında mübarizə aparacaq komandamız yenidən qurulur. Komandaya 2000-2001-ci il təvəllüdlü uşaqları cəlb etmişik. Eyni zamanda məşqlərə də yeni başlamışıq. Buna baxmayaraq İraq yığması ilə oyunda üstün tərəf biz idik. Təssüf ki, çoxsaylı qol imkanlarımızdan yararlana bilmədik. Bizim də məqsədimiz odur ki, komandamız UEFA Gənclər Liqasında mübarizəyə qoşulsun”.
Qeyd edək ki, "Zirə”nin 19 yaşlılardan ibarət komandası son mövsümü 8-ci pillədə yekunlaşdırıb.
407     
Reklam

Reklam