» » “Qarabağ” daha bir qapıçı transfer edir?

“Qarabağ” daha bir qapıçı transfer edir?

“Qarabağ” daha bir qapıçı transfer edir?Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ” klubu heyətini yeni qapıçı ilə gücləndirə bilər.  Bu iddia ilə İtaliyanın "Tuttomercado” nəşri çıxış edib.

İddiaya görə, Ağdam təmsilçisi "Virtus Enetella”nın qapıçısı Alessandro Lakobukkiyə təklif göndərib.  Bildirilir ki, karyerası ərzində "Parma” və "Siena” kimi komandalarda forma geyinmiş 27 yaşlı qolkiper "Qarabağ” və Yunanıstan "Olimpiakos” klubları arasında seçim edəcək.
"Qarabağ” klubundan əldə etdiyimiz məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir.  Klubdan verilən bilgiyə görə, Ağdam klubu qapıçı transferini yekunlaşıdırıb.  Təmsilçimiz braziliyalı Vaqner Da Silva və İslandiya millisinin üzvü Hannes Halldorssonu rənglərinə bağlamaqla, qapıçı transferini başa çatdırıb. 
Qeyd edək ki, Alessandro Lakobukki İtaliyanın gənclərdən ibarət milli komandalarının şərəfini qoruyub.
488     
Reklam

Reklam