» » "Qarabağ Vyana" fəaliyyətini dayandırdı

"Qarabağ Vyana" fəaliyyətini dayandırdı

Avstriyada azərbaycanlılara məxsus "Qarabağ Vyana" klubu fəaliyyətini dayandırır.  Şərq Regional Liqasında çıxış edəcək klub misirli iş adamı Mustafa əl-Nimrə satılıb. Əl-Nimr Vyana Liqasında çıxış edən "Sport Admira" klubunun sahibidir. O, "Qarabağ Vyana"nın adını dəyişərək, "Mauerverk" qoymaq niyyətindədir. Beləliklə, gələn mövsüm Avstriyanın müxtəlif liqalarında misirli iş adamının iki klubu mübarizə aparacaq. 


"Qarabağ Vyana"nın sahibi Ramin Şükürovun bu layihəyə marağının itdiyi üçün klubun "Sport Admira" ilə birləşdirilməsinə qərar verib. Əl-Nimr isə öz klubunu saxlamaqla, Şərq Regional Liqasında olan azərbaycanlılara məxsus komandanın yeni adla çıxışını davam etdirməsini məqsədəuyğun sayıb. O, kluba martda "Qarabağ Vyana"nın baş məşqçi postundan istefaya göndərilmiş Volkan Kahramanı idman direktoru qismində qaytarıb. 


Qeyd edək ki, Şərq Regional Liqasında yeni mövsüm avqustun 3-də start götürəcək. Təqvimə əsasən, "Qarabağ Vyana" ilk turda səfərdə "Traiskirxen"lə üz-üzə gəlməlidir. 
424     
Reklam

Reklam