» » “Uypeşt” - “Neftçi” matçının da başlama saatı bəlli oldu

“Uypeşt” - “Neftçi” matçının da başlama saatı bəlli oldu

"Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubuna qarşı keçirəcəyi cavab oyununun da vaxtı dəqiqləşib. Premyer.az xəbər verir ki, iyulun 19-da Macarıstanda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Budapeştdə keçiriləcək qarşılaşma "Ferens Susa” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, "Neftçi”ylə "Uypeşt” arasındakı ilk oyun isə iyulun 12-də "Dalğa Arena”da baş tutacaq.
415     
Reklam

Reklam