» » "Neftçi" qələbə qazandı

"Neftçi" qələbə qazandı

"Neftçi" qələbə qazandıTürkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Neftçi” PFK  ilk yoxlama oyunu keçirib. Rəqib Makedoniyanın "Şkupi” komandası olacaq. Görüş komandanın məskunlaşdığı "Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub. Oyun "Neftçi"nin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 62-ci dəqiqədə Namiq Ələskərov, 86-cı dəqiqədə isə Mirabdulla Abbasov vurub.
Məlumat üçün bildirək ki, "Şkupi” komandası bu il avrokuboklarda debüt edəcək. UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Zakariya Ramadanini yetirmələri Şotlandiyanın "Reyncers” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi” PFK dörd yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də komanda Rumıniyanın "Dunarea Kalarası”, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika”ya qarşı oynayacaq. Daha bir rəqibin kimliyi haqqında yaxın günlərdə məlumat veriləcək.
945     
Reklam

Reklam