» » "Sumqayıt" Elvin Məmmədovun transferini açıqladı

"Sumqayıt" Elvin Məmmədovun transferini açıqladı

"Sumqayıt" Elvin Məmmədovun transferini açıqladı"Sumqayıt" millinin sabiq üzvü olan yarımmüdafiəçi Əfran İsmayılovun ardından daha bir yeni futbolçu ilə müqavilə bağlayıb. Premyer.az xəbər verir ki, ötən mövsümü "Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə sumqayıtlıların şərəfini qoruyacaq.
 
30 yaşlı Məmmədov "Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı "Turan” (47 oyun, 3 qol), "İnter” (52 oyun, 5 qol), "Qarabağ” (70 oyun, 3 qol), "Bakı” (73 oyun, 3 qol) və "Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış yarımmüdafiəçi yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb
403     
Reklam

Reklam