» » "Keşlə"də 2 ayrılıq birdən

"Keşlə"də 2 ayrılıq birdən

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə"də növbəti ayrılıqlar baş verib. Ölkə Kubokunun son qalibi əcnəbi mərkəz yarımmüdafiəçiləri - qambiyalı Ebrima Sohna və serbiyalı Nemanya Stoyanoviçlə yollarını ayırıb.
 
Qış fasiləsində gələn bu legionerlərdən 30 yaşlı Sohnanın müqaviləsi bitib. Ukraynalı baş məşqçi Yuri Maksimov etimadı tam doğrultmayan Ebrihamın xidmətində maraqlı olmayıb. Və onun tövsiyyəsi ilə rəhbərlik müqaviləni uzatmayıb. Stoyanoviç isə "Qarabağ Vyana"dan cari mövsümün sonunadək icarəyə götürülmüşdü. 24 legioner müqaviləylə məxsus olduğu Avstriya klubuna qayıdıb.
 
Xatırladaq ki, "Keşlə"də ilk aylılıq da qışda gələn əcnəbi mərkəz yarımmüdafiəçisi idi. Çexiyanın "Zlin" klubundan cari mövsümün sonunadək götürülən 29 yaşlı argentinalı Pablo Podionun gedişi hələ finaladək bəlli oldu. 
(Sport24.az)
416     
Reklam

Reklam