» » Bəxtiyar Soltanovun yeni klubu müəyyənləşdi

Bəxtiyar Soltanovun yeni klubu müəyyənləşdi

Bəxtiyar Soltanovun yeni klubu müəyyənləşdiSon olaraq I Divizionda "Xəzər"də çıxış edən Bəxtiyar Soltanovun yeni klubu bəlli olub.

Premyer.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını Premyer Liqada davam etdirəcək. Soltanov debütant "Sabah"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycan millisində 4 oyun keçirən futbolçu "Bakı", "Qarabağ", "Kəpəz", "Araz", "Qaradağ Lökbatan" və "Binə"də də çıxış edib.
"Sabah" daha öncə Tərzin Cahangirov, Kərim Diniyev, Məqsəd İsayev, Novruz Məmmədov, Vadim Abdullayev və Albaniyanın "Teuta" klubundan qanalı forvard Amadu Latifi sıralarına qatıb.
200     
Reklam

Reklam