» » Zidanın "Real"dan getməsinin əsəs səbəbi bəlii oldu

Zidanın "Real"dan getməsinin əsəs səbəbi bəlii oldu

Zidanın "Real"dan getməsinin əsəs səbəbi bəlii olduZinəddin Zidanın "Real"dan ayrılmasının əsas səbəbi müəyyənləşib. 45 yaşlı mütəxəssis prezident Florentino Pereslə fikir ayrılıqlarına görə Madrid klubunu tərk edib. Bildirilib ki, Zidan Peresdən  "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın alınmasını istəyib. Ancaq "Kral klubu"nun rəhbəri bundan imtina edib.

Üstəlik, Peres "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etmək niyyətində olduğunu söyləyib. Amma Zidan əsas qapıçı Keylor Navasdan razı olduğunu deyib.
Xatırladaq ki, Zidan "Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub. Zidan mayın 31-i istefa verdiyini açıqlayıb.
333     
Reklam

Reklam