» » “Səbail”in 4-cü transferi "Zirə"dən oldu

“Səbail”in 4-cü transferi "Zirə"dən oldu

Topaz Premyer Liqasında 2-ci mövsümünü keçirəcək "Səbail” klubu transfer çalışmaılarını davam etdirir. Rahid Əmirquliyev, Ağabala Ramazanov və Şəhriyar Rəhimovla anlaşan "Səbail”in 4-cü transferi də azərbaycanlı olub. Belə ki, baş məşqçi Aftandil Hacıyev "Zirə”dən ayrılan Orxan Əliyevi sərəncamına daxil edib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Orxan zədə səbəbindən ötən mövsümün böyük hissəsini oynamayıb. Hazırda özünü yaxşı hiss edən gənc oyunçunun zədə baxımından problemi yoxdur.

248     
Reklam

Reklam