» » «Keşlə» turnirin qalibi oldu

«Keşlə» turnirin qalibi oldu

«Keşlə» turnirin qalibi olduDünən "Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş «Respublika günü» futbol turniri başa çatdı. Turnirin finalında U-15 Liqasının son çempionu «Vətən»lə bürünc mükafatçısı «Keşlə» üz-üzə gəldi. «Bayıl Arena»da keçirilən qarşılaşmada «Keşlə» 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazandı. Bu oyundan bir qədər əvvəl isə 3-cü yer uğrunda oyunda «Səbail» «Neftçi»dən üstün olmuşdu – 3:2. Münsiflər heyətinin rəyinə əsasən Kamran Şabıyev («Vətən») «ən yaxşı qapıçı», Cəlal Hüseynov («Zirə») «ən yaxşı müdafiəçi», Elvin Abdullayev («Vətən») «ən yaxşı yarımmüdafiəçi», Vaqif Həsənov («Keşlə») «ən yaxşı hücumçu», Rauf Ağasənov («Səbail») «ən sərrast futbolçu», Nihat Həsənzadə («Neftçi») «fair-play», Əbil Əbilov («Keşlə») «ən yaxşı futbolçu» mükafatlarına layiq görüldülər. Turnir başa çatdıqdan sonra AFFA və Təhsil Nazirliyinin nümayəndələrinin, veteran futbolçuların iştirakı ilə mükafatlandırma mərasimi keçirildi. Laureatlar qiymətli hədiyyələrlə, qalib komandalar isə kubok və diplomlarla təltif olundular. Mərasimdə həmçinin, «Het-trik news» qəzetinin apardığı sorğuya əsasən U-15 Liqasının ən yaxşı futbolçusu seçilmiş «Qəbələ»nin futbolçusu Kamal Kazımova da mükafat təqdim edildi.
"Het-trik news"
328     
Reklam

Reklam