» » Bəxtiyar Həsənalızadə daha bir il "Sumqayıt"da

Bəxtiyar Həsənalızadə daha bir il "Sumqayıt"da

"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb. Vurğun Hüseynov və Cavid Tağıyevin ardından Bəxtiyar Həsənalızadə ilə də müqavilənin müddətini artırıb. 25 yaşlı futbolçu daha 1 il komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Bəxtiyar 2017/2018 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə) və 2 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 dəfə meydana çıxıb.
612     
Reklam

Reklam